Naftalanda yüksək bal toplayan tələbələrlə görüş 

17:18 05.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ali məktəbə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə şəhər rəhbəri Vüqar Novruzov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsulu Recep Öztop, Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchini və ali tədris müəssisələrinə yüksək balla qəbul olan məzunlar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini böyük ehtiramla anıblar.

Görüş zamanı Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan, bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlardan bəhs edən icra başçısı tələbə adını qazanmış gəncləri səmimi qəlbdən təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, həmçinin onların müəllimlərinə və valideynlərinə səmimi təbriklərini çatdırıb.

Gənclər çıxış edərək təhsilin inkişafı və onların uğur qazanması üçün yaradılan geniş imkanlara görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər.

Sona tələbə adını qazanmış gənclərə xatirə hədiyyələri təqdim edilib.